Tanınmışlar yanan binanın qarşısında - fotolar

Tanınmışlar yanan binanın qarşısında -  fotolar
11682 dəfə oxunub
  • A-
  • A
  • A+
Sənət aləminin tanınmış simaları mayın 19-da Bakıdakı yanğın zamanı zərərçəkən və hazırda xəstəxanada olan yaralılara baş çəkiblər.

Axşam.az-ın məlumatına görə, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Sevda Ələkbərzadə, Murad Dadaşov, aparıcılar Kamilə Babayeva, Xədicə Sənanqızı, şair Calal Qurbanov və olimpiya çempionu Elnur Məmmədli daha sonra yanan binanın qarşısına yollanıblar.

Dünyasını dəyişənlərin xatirəsini yad edən tanınmışlar oraya güllər qoyublar.

Qeyd edək ki, yanan binanın qarşısına güllər və şamlar qoyulması aksiyası "Bakı 2015" könüllüləri tərəfindən təşkil olunub.