Elza yanan binanın qarşısında pianoda ifa edib - fotolar+video

Elza yanan binanın qarşısında pianoda ifa edib -  fotolar+video
11281 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artisti Elza Seyidcahan paytaxtda yaşayış binasında yanğının baş verdiyi ərazidə olub.

Axşam.az-ın APA-ya istinadən xəbərinə görə, müğənni binanın həyətində sakinlərə məxsus, yanmış binadan çıxarılan pianoda Fikrət Əmirovun "Prelüdlər" və Lüdviq van Bethovenin "Elizaya" (Bethovenin sevgilisinin ölümünə həsr etdiyi əsər) əsərlərindən melodiyalar ifa edib.
 
Müğənni açıqlamasında səsləndirdiyi melodiyanı binada yanğın zamanı ölən insanların ruhuna ithaf etdiyini açıqlayıb:

“Demək olar ki, bu gün ölkəmiz matəm içindədir. Çox dəhşətli hadisə idi. Bu gün bura gəlməyi vətəndaş olaraq özümə borc bildim. Həyətdə yanmış fortepianonu görüb düşündüm ki, bu, həmin hadisədə həyatını itirən insanlara, azyaşlılara məxsus ola bilər. Pianoda Bethovenin və Fikrət Əmirovun lirik melodiyalarını çaldım. Bu ifaları həmin hadisədə ölən insanların xatirəsinə ithaf edirəm”.