Taekvondoçumuz bürünc medal qazandı - yenilənib

Taekvondoçumuz bürünc medal qazandı -  yenilənib
2776 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının beşinci günündə "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışlarına start verilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunur. Oyunlarda ölkəmizi taekvondo idman növü üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edəcək.

Bu gün dayanq üzərində qadınlar arasında 49 və kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Komandamızın üzvlərindən kişi taekvondoçulardan Məhəmməd Məmmədov (58 kq) israilli Gili Haimovitz, qadınlarda isə Patimat Abakarova (49 kq) rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə aparacağı taekvondo yarışlarında ümumilikdə dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
_________________________

Hazırda kişilərin yarışında 58 kq çəkidə ilk görüşdə almaniyalı Tuncat Levent islandiyalı Rafiei Meisamla, rusiyalı Arman İrgaliev yunanıstanlı Simitsis Georgiosla, ispaniyalı Tortosa Cabrera Jesus belaruslu İlya Kokşintsev, portuqaliyalı Rui Braganca isə türkiyəli Gorkem Sezer, moldoviyalı Dmitri Stepanov Milas Qladoviçlə dayanqlar üzərində görüşür.

Qadınların yarışında isə 49 kq çəkidə isə Lucija Zaninovic (Xorvatiya) Terezia Pavkova (Slovakiya), İndra Kraen (Belçika) Tijana Bogdanovic (Serbiya), Kyriaki Kouttouki (Kipr) Loanna Koutsou (Yunanıstan), Brigida Yague (İspaniya) Erika Nikoli (İtaliya), türkiyəli Rukiye Yıldırm macarıstanlı Ivett Qonda ilə döyüşür.
_______________________

Qadınların yarışında ilk görüşdə rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Patimat Abakarova (49 kq) rəqibini 7:1 hesabı ilə məğlub edərək növbəti -dörddəbir final mərhələsinə yüksəldi.
_________________

İlk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan komandamızın üzvlərindən taekvondoçu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.
_____________

Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.

Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.
______________

İlk görüşdə kişilərin yarışında israilli Gili Haimovitzlə qarşılaşan taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) rəqibinə 7:4 hesabı ilə qalib gələrək növbəti dörddəbir final mərhələsinə adlayıb.
__________

Dörddəbir finalda Gənclər üzrə Nankin Olimpiya Oyunlarının üçüncüsü ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşan yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı, Azərbaycan taekvondoçusu Məhəmməd Məmmədov (58 kq) rəqibinə 3:8 hesabı ilə uduzaraq yarımfinal mərhələsinə adlaya bilmədi. Təmsilçimiz təsəlliverici görüşə çıxacaq.
______________

Qadınların yarışında  üçüncü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Azərbaycan komandasının üzvü taekvondoçu Patimat Abakarova (49 kq) Avropa çempionu, Yunanıstan idmançısı Loanna Koutsouya 4:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəldi.
_____________

Qadınların yarışında Azərbaycan taekvondoçusu Patimat Abakarovanın (49 kq) yarımfinal mərhələsindəki rəqibi serbiyalı Tijana Bogdanovic olacaq.

_____________

Yarımfinalda məğlub olan Patimat Abakarova 3-cü yer uğrunda döyüşə çıxıb. O, italiyalı taekvondoçu Erika Nikoli ilə görüşdə 13:0 hesabı ilə qələbə qazanaraq Avropa Oyunlarının bürünc mükafatçısı olub.

Məhəmməd Məmmədov isə 3-cü yer uğrunda döyüşdə belçikalı Si Mohamed Ketbiyə 4:5 hesabı ilə məğlub olub