8-ci qızıl medalımız - yenilənib+fotolar

8-ci qızıl medalımız - yenilənib+fotolar
5736 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəni davam etdirirlər.

Axşam.az-ın məlumatına görə, güləş yarışlarının dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Anjela Doroqan (53 kq) türkiyəli Merve Kenger, İrina Netreba (58 kq) İtaliya təmsilçisi Karola Rainero, Elmira Qəmbərova (63 kq) Henna Johansson (İsveç), Gözəl Zutova (75 kq) Ukrayna güləşçisi Oksana Vaşçuk ilə qarşılaşacaq.
___________________

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşacaq.
__________________

Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının dörddəbir final mərhələsinə yüksəlib. Türkiyəli Merve Kengerə qalib gələn güləşçimizin növbəti rəqibi macarıstanlı Mersedes Denes olacaq.
_____________________

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşıb. Rəqibini məğlub edən güləşçimiz yarımfinalda macarıstanlı Emese Barka ilə üz-üzə gələcək.
_________________________

Anjela Doroqan (53 kq) birinci Avropa Oyunlarının yarımfinala yüksəlib. Türkiyəli Merve Kengerin ardınca macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan növbəti mərhələdə moldovalı Nataliya Budu ilə qarşılaşacaq.
________________

Anjela Doroqan birinci Avropa Oyunlarının final mərhələsinə yüksəlib. Yarımfinal mərhələsində moldovalı Nataliya Budu üzərində təmiz qələbə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasina ilə qarşılaşacaq.
____________

Yarışın bütün finalçıları müəyyənləşib. Belə ki, idmançımız Anjela Doroqan (53 kq) polşalı Roksana Zasina, Ukrayna təmsilçisi Tatyana Lavrençuk (58 kq) macarıstanlı Emese Barka, Rusiya güləşçisi Valeriya Lazinskaya (63 kq) ukraynalı Yulya Tkaç, Belarus idmançısı Vasilisa Marzalyuk (75 kq) isə rusiyalı Yekaterina Bukina ilə üz-üzə gələcək.

Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba isə üçüncü yer uğrunda mübarizə aparacaq.

____________

Anjela Doroqan polşalı Roksana Zasina ilə oyunda 3:2 məğlub edərək qızıl medal qazanıb. Bu Azərbaycan yığmasının Avropa Oyunlarındakı 8-ci qızıl medalıdır.

_________

İrina Netreba isə üçüncü yer uğrunda mübarizədə məğlub olub.