Günün ilk medalını avarçəkənimiz qazandı - yenilənir+fotolar

Günün ilk medalını avarçəkənimiz qazandı -  yenilənir+fotolar
1841 dəfə oxunub
  • A-
  • A
  • A+

Mingəçevir şəhərində “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində avarçəkmə yarışları davam edir.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe qayıqlarında yarışların final mərhələsinə start verilib. Hər iki növ üzrə yarışların son günündə 10 dəst medal sahibini tapacaq.

Bu gün Azərbaycan komandasının 3 təmsilçisi də final mərhələsinin iştirakçısı olacaq. Bir nəfərlik kayak qayığı ilə qadınların mübarizəsində Olimpiya çempionu İnna Osipenko-Rodomska 200 metr, 500 metr və 5000 metr məsafələrə əsas final yürüşlərində çıxış edir. Saat 11:05-də yarışa başlayan idmançımızın ilk cəhdi uğursuz olub. O, 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Kayakçımız saat 15:05-də 200 metr məsafədə final yarışına çıxacaq.

Kişilərin yarışında isə Mirnazim Cavadov 5000 metr məsafəyə final yürüşündə qüvvəsini sınayacaq.

Sonra isə kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə iştirak edəcək.
____________

Təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb.


O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.

____________

Azərbaycan təmsilçisi Valentin Demyanenko 200 metr məsafəyə yarışda ikinci olub. Beləliklə, o, gümüş medal qazanıb.