Su poloçularımız qalib olub - yenilənir+fotolar

Su poloçularımız qalib olub -  yenilənir+fotolar
1350 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci gününə start verilib.

Axşam.az xəbər verir ki, kişilərin yarışında Ukrayna-Türkiyə, Azərbaycan-Malta, Rusiya-Monteneqro, Yunanıstan-Fransa, Almaniya-Slovakiya, Serbiya-Rumıniya, qadınların mübarizəsində isə A qrupunda Yunanıstan-İsrail, Almaniya-Niderland, Macarıstan-Böyük Britaniya komandaları mübarizə aparacaq. B qrupunda isə Slovakiya-İtaliya, Rusiya-Serbiya, İspaniya-Fransa yığmaları qarşılaşacaqlar.

Hazırda kişilərin yarışmasında Ukrayna-Türkiyə, qadınlarda isə Yunanıstan-İsrail komandaları mübarizə aparırlar.
___________

Kişilərin yarışında Ukrayna millisi ilə qarşılaşan Türkiyə yığması görüşdən qalib ayrılıb – 11:9. Qadınların yarışında isə Yunanıstan komandası 19:4 hesabı ilə İsrail yığması üzərində qələbə qazanıb.

Hazırda kişilərin yarışında Azərbaycan millisi Maltaya, qadınlar arasında isə Almaniya yığması Niderland komandasına qarşı mübarizə aparır.
_________

Kişi su poloçulardan ibarət Azərbaycan millisi Malta komandası üzərində 8:7 hesabı ilə qələbə qazanıb. Qadınların mübarizəsində isə Niderland komandası Almaniya kollektivini böyük hesabla məğlub edib – 16:4

Növbəti oyunlarda kişilərin yarışında Rusiya-Monteneqro, qadınlar arasında isə Slovakiya-İtaliya komandaları üz-üzə gələcək.
_________

Kişilərin yarışında mübarizə aparan Rusiya komandası 11:8 hesabı ilə Monteneqro yığması üzərində qələbə qazanıb.

Qadınların yarışında isə İtaliya-Slovakiya oyunu 18:7 hesabı ilə nəticələnib.

Növbəti oyunlarda kişilərin yarışında Yunanıstan və Fransa, qadınların mübarizəsində isə Rusiya ilə Serbiya qarşılaşacaq.
______________

Kişilərin qarşılaşmasında Yunanıstan komandası 16:7 hesabı ilə Fransa yığmasına qalib gəlib. Qadınların qrupunda isə Rusiya böyük xal fərqi ilə Serbiya komandasını məğlub edib - 28:3.

Növbəti yarışda - kişilərin mübarizəsində Almaniya-Slovakiya, qadınlar arasında isə Macarıstan-Böyük Britaniya görüşləri oynanılacaq.