10-cu qızıl medalı qazandıq - fotolar

10-cu qızıl medalı qazandıq - fotolar
11611 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" birinci Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Axşam.az-ın məlumatına görə, “London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatovu, moldovalı Mixail Savanı və fransalı Maksim Fiqueti böyük hesabla (10:0), yarımfinalda isə belaruslu Azamat Nurikaunu 5:2 hesabı ilə məğlub edərək finala çıxıb.

T.Əsgərov finala İtaliya təmsilçisi Frank Markes Çamizonu 4:2 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.
__________________

“London-2012”-nin bürünc medalçısı Xetaq Qazyumov (97 kq) Polşa güləşçisi Radoslav Baranı məğlub edərək səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib. O, dörddəbir final mərhələsində Belarus təmsilçisi İbrahim Saidaunu 2:1 məğlub edib. Xetaq Qazyumov yarımfinalda rusiyalı dünya çempionu və ikiqat Avropa çempionu Abdusalam Qadisovu məğlub edərək finala yüksəlib.

Finalda idmançımız Gürcüstan təmsilçisi E.Odikadze ilə rastlaşıb. O, rəqibini 3:1 hesabı ilə məğlub edərək 10-cu qızıl medalımızı qazanıb.
___________________

Avropa çempionatının gümüş mükafatçısı Cəbrayıl Həsənov Bolqarıstan təmsilçisi K.Terzievi 9:0 məğlub edərək bürüc medal qazanıb.
_______________

57 kiloqram çəki dərəcəsində mübarizəyə 1/8 finaldan başlayıb. Yaşar Əliyev ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni 9-4 hesabı ilə qalib gəlib. İdmançımız 1/4 final mərhələsində erməni Garik Barseghyanı 10-6 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.  

Yarımfinalı məğlub tərk edən Yaşar Əliyev (57 kq) bürünc medal uğrunda döyüşdə Türkiyə təmsilçisi Akgul S. ilə görüşdə məğlub olub. Türkiyəli idmançı meydanı Azərbaycan və Türkiyə bayraqları ilə dolaşaraq qələbəsini qeyd edib.