Ayxan Azərbaycana 11-ci qızıl medalı qazandırdı - fotolar

Ayxan Azərbaycana 11-ci qızıl medalı qazandırdı - fotolar
5605 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının altıncı günündə "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.

Axşam.az-ın məlumatına görə, kişilərin yarışında mübarizə aparan idmançımız, yeniyetmələr arasında Avropa çempionatının ikincisi Ayxan Tağızadə (-68 kq) ilk görüşdə qitə birinciliyinin mükafatçısı sloveniyalı Jure Pantaraya 11:3 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. Ayxan Tağızadə ispaniyalı Joel Bonilla Qonzalezi 7:5 hesabı ilə məğlub edərək yarımfinalda rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb. Taekvondoçumuz rəqibini 7:5 hesabı ilə məğlub edərək finala yüksəlib.

Finalda idmançımız Polşa təmsilçisi Karol Robakla qarşılaşıb. Rəqibin 10:9 hesabı ilə məğlub edən həmyerlimiz ölkə adına 11-ci qızıl medalı qazanıb.

Qadınların yarışında ilk görüşdə serbiyalı idmançı, London Yay Olimpiya Oyunlarının iştirakçısı Draqana Qladovic ilə qarşılaşan Azərbaycan taekvondoçusu Günay Ağakişiyeva (57 kq) isə rəqibinə 4:8 hesabı ilə məğlub olub.