Akrobat qızlarımız finalda - yenilənir

Akrobat qızlarımız finalda -  yenilənir
1787 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində medal uğrunda mübarizəyə Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə yarışan idmançılar qoşulublar.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, ilk olaraq xalçaya Portuqaliya idmançıları çıxıb. Portuqaliya idmançılarının hesabında 27, 050 xal var. Sonra isə tamaşaçılar Azərbaycan akrobatika gimnastlarının çıxışlarını alqışlarla izləyiblər.

“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil edilmiş iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda idmançılar ümumilikdə altı medal uğrunda mübarizə aparacaqlar. Qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı qızıl medal uğrunda yarışacaq.
______________

Akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda yarışlarının təsnifat mərhələsində 11 ölkə təmsilçisi mübarizə aparır.

Günün birinci yarısında komandalar əsasən müvazinət hərəkətlərini nümayiş etdiriblər.

Yarışlarda Azərbaycanı təmsil edən qrup (Lala Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) 27.680 xal toplayıb. Azərbaycan komandası bu nəticə ilə beşinci yerdə qərarlaşıb.

Siyahıya 29.090 xalla Belçika komandası rəhbərlik edir.

Belarus idmançıları 28.560 xalla ikinci, Böyük Britaniya təmsilçiləri 28.190 xalla üçüncü sırada qərarlaşıblar. Medal qazanacaq komandaların adları növbəti yarışlardan sonra məlum olacaq.

Akrobatika gimnastikası üzrə yarışlar qarışıq cütlüklərdə davam edəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil edilmiş iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Qızıl medal uğrunda qarışıq cütlüklərdə və qadın qruplarında 53 idmançı yarışır.
____________

Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoliy Leonov cütlüyünün çıxışı 26,520 xalla qiymətləndirilib. İdmançılarımız hələlik altıncı yerdə qərarlaşıblar.

Yarış cədvəlinə isə 29,550 xalla Marina Şernova və Georgi Pataraya (Rusiya) cütlüyü başçılıq edirlər. Belçika idmançıları 28,590 xalla ikinci, Böyük Britaniya təmsilçiləri 28,450 xalla üçüncü yeri tuturlar. Qaliblər növbəti çıxışlardan sonra məlum olacaq.
___________

Yarışlarda Azərbaycanı təmsil edən qrup (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) növbəti çıxışını başa vurub. Komandamız 27.140 xal toplayıb və  bu nəticə ilə altıncı yerdə qərarlaşıb. Komandamızın hesabında ümumilikdə 54.82 xal var.

Temp hərəkətləri üzrə yarışlarda ən yüksək nəticəni Rusiya  komandası göstərib (28.740). Sonrakı iki yeri Belçika (28.730) və Belarus (28,070) təmsilçiləri tutublar.
_________

Azərbaycan komandası akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda yarışlarının finalına vəsiqə qazanıb.

Azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) ümumilikdə 54.82 xal toplayıb. Bu da idmançılarımıza finalda mübarizə aparmaq imkanı verib.

Final mərhələsində komandamız Rusiya, Belçika, Belarus, Böyük Britaniya və Ukrayna təmsilçiləri ilə yarışacaqlar.