"Azərbaycanın səsi"ndə nələr baş verdi? - fotolar

"Azərbaycanın səsi"ndə nələr baş verdi? - fotolar
2561 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” musiqi yarışmasının növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, bu dəfə 13 iştirakçı mübarizə aparıb.

Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi yarışmanın münsifləri xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə və Elton Hüseynəliyevdir.

Canlı yayım boyunca N.Qasımova ilə N.Qafarzadə arasında tez-tez narazılıq yaşanıb. Gecədə ən çox diqqət çəkən məqam isə E.Seyidcahanın imici olub. Belə ki, o, verilişə başında məşəllə çıxıb.

Qeyd edək ki, “Azərbaycanın səsi” müsabiqəsinin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.