Türkiyənin İzmir şəhərində parkların birində maraqlı hadisə baş verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qarğa yaşıl sahəyə atılmış plastik qaba yaxınlaşaraq orada qalmış artıq düyüləri yeməyə başlayıb. Yeməyini bitirdikdən sonra isə dimdiyi ilə qabı götürərək zibil qabına atıb. Qarğanın bu davranışı ətrafdakılar tərəfindən təəccüblə qarşılanıb.
Təsadüfən jurnalistlərdən birinin kamerasına tuş gələn həmin an insanlara verilən dərs adlandırılıb.