"Bütün sərmayəmi oğlumla qızıma yatıracam" - fotolar

"Bütün sərmayəmi oğlumla qızıma yatıracam" -  fotolar
4722 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli tədbirlərin birində fotokameramız qarşısına keçib, şəkillər çəkdirib.

İfaçı Axşam.az-a açıqlamasında yaradıcılığındakı yeniliklərlə bağlı xəbər verib:

“Altı yeni veriliş hazırlayıram. Onlardan birinin aparıcısı özüm olacam. Digərlərini isə başqa tanınmışlara həvalə edəcəm. Bundan sonra məni prodüser kimi də görəcəksiniz. Bütün sərmayəmi qızım Bənövşə və oğlum Corca yatıracam. Bilirisiniz ki, oğlum aktyordur. Qızım isə musiqi ilə məşğul olur”.

Son vaxtlar artıq çəkisi ilə diqqət çəkən ifaçı idmana başladığını deyib:

“Pəhrizlə yanaşı idman da edirəm. Bir az arıqlamışam. İstədiyim qədər artıq çəki atdıqdan sonra tamaşaçılar məni fərqli imicdə görəcək. Geyim tərzimi dəyişəcəm”.

Foto: Ramin ASLANOV