Qızlarımız İtaliyanı məğlub etdi - yenilənib+fotolar

Qızlarımız İtaliyanı məğlub etdi -  yenilənib+fotolar
2442 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançıların mübarizəsi davam edir.

Axşam.az-ın məlumatına görə, Azərbaycan yığması İtaliya komandası ilə qarşılaşıb.

Voleybolçularımız ilk iki setdə 25:22 və 25:20 hesabları ilə qalib gəliblər. Üçüncü setdə 22:25 məğlub olan komandamız dördüncü seti qazanaraq 3:1 hesabı ilə ümumi oyunun qalibi olublar.

Qeyd edək ki, bundan əvvəl hər iki oyunda qalib gələn millimiz qrup lideridir.