İlham Əliyev qızıl medalı idmançımıza təqdim etdi - fotolar

İlham Əliyev qızıl medalı idmançımıza təqdim etdi - fotolar
3456 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün sərbəst güləş üzrə 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov finalda İtaliya təmsilçisi Frank Markes Çamizonu 4:2 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

Axşam.az-ın məlumatına görə, finalı tribunada ailəsi ilə izləyən Prezident İlham Əliyev mükafatlandırma mərasimində də iştirak edib. O, medalları qaliblərə təqdim edib.

Ali kürsüyə qalxan idmançımız üçün Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.