Günün yekunu: 3 qızıl, 1 bürünc - özəl fotolar

Günün yekunu: 3 qızıl, 1 bürünc - özəl fotolar
1792 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı 2015” I Avropa Oyunlarında Azərbaycan idmançıları dünənki oyunların yekununda 3 qızıl, 1 bürünc medal qazanıb.

Sərbət güləş üzrə yarışan Toğrul Əsgərov (65 kq), Xetaq Qazyumov (97 kq) qızıl medal, Cəbrayıl Həsənov isə (74 kq) bürünc medalın sahibi olub. Növbəti qızıl medalımız isə taekvondoçumuz Ayxan Tağızadənin (68 kq) adına yazılıb.

Hazırda Azərbaycan yığması 23 medalla turnir cədvəlinin ikinci pilləsindədir. Onlardan 11-i qızıl, 3-ü gümüş, 9-u bürünc medaldır.

Axşam.az 17 iyunda baş tutan sərbəst güləş oyunlarından maraqlı fotoları təqdim edir.

Foto: Ramin ASLANOV