İdmançımız finalda - yenilənir

İdmançımız finalda -  yenilənir
1254 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Su İdmanı Sarayında suya tullanma üzrə yarışlar başlayıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, suya tullanma yarışının ilk günündə idmançılar 1 metr hündürlüyündə tramplindən və platformadan tullanma üzrə mübarizə aparacaqlar.

Kişilər arasında 1 metr hündürlüyündə tramplindən tullanma yarışında Azərbaycanı Artyom Danilov, qadınlar arasında platformadan tullanma üzrə Olqa Bikovskaya təmsil edəcəklər.

Hər iki növ üzrə yarışın final mərhələsi bu gün olacaq.
________

Kişilər arasında 1 metr hündürlüyündə tramplindən suya tullanma yarışında mübarizə aparan idmançımız 17 yaşlı Artyom Danilov 11-ci nömrə altında çıxış edib.

Yarışın ilkin mərhələsində Azərbaycan, İngiltərə, Monteneqro, Finlandiya, Rusiya, Ukrayna, Belarus, İsveçrə, Yunanıstan, Latviya, Xorvatiya, Fransa, Avstriya, Litva, İtaliya, Macarıstan, Almaniya, Danimarka, Serbiya, Bolqarıstan təmsilçiləri mübarizə aparıblar.

Təmsilçimizin ilkin mərhələdə çıxışının nəticəsi 427.70 balla qiymətləndirilib. Bu nəticə ilə təmsilçimiz 30 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

İlk üçlükdə müvafiq olaraq Rusiya təmsilçiləri İliya Molçanov (534.80) və Nikita Şleyxer (507.50), İtaliya idmançısı Ruslan Adriano (486.95) yer alıblar.

Birinci mərhələnin sonunda 12 idmançı finala vəsiqə qazanıb.

Hazırda qadınlar arasında platformadan tullanma yarışları keçirilir. Bu idman növü üzrə Azərbaycanı 18 yaşlı Olqa Bikovskaya təmsil edir. Yarışda 24 idmançı mübarizə aparır.