Atıcılıq yarışlarının üçüncü günü - yenilənir

Atıcılıq yarışlarının üçüncü günü -  yenilənir
455 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, yarışın üçüncü günündə qarışıq komandaların səngər stendi, kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma üzrə mübarizə aparılır.

Qarışıq komandaların səngər stendi yarışında Azərbaycanı Elvin İsmayılov və Alina Rafiqxanova təmsil edirlər.
___________

Qarışıq komanda halında səngər stendi və kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma yarışlarının təsnifat mərhələləri keçirilir.

Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəş açma yarışında 37 idmançı mübarizə aparır. Bu yarışda Azərbaycan idmançıları iştirak etmirlər.