15 İyun Milli Qurtuluş günü münasibətiylə Naxçıvanda konsert proqramı keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbirdə sənət aləminin tanınmış simaları və aparıcılar iştirak edib.
Aparıcılığını Afaq Gəncəli və Nərgiz Məmmədovanın etdiyi gecədə müğənni Könül Kərimova, Cabbar Musayev, Röya Ayxan, Gülay Zeynallı və Aşıq Əli sevilən mahnılarını səsləndiriblər.