Voleybol yarışları davam edir - yenilənir

Voleybol yarışları davam edir -  yenilənir
718 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının “Baku Crystall Hall”da keçirilən voleybol yarışları davam edir.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu gün kişi voleybolçular mübarizə aparırlar. Günün ilk görüşündə “B” qrupunda yer alan Almaniya və Bolqarıstan komandaları qarşılaşıblar. Oyunda almanlar qələbə qazanıblar - 3:0 (25:20, 25:18 və 25:22)

Hazırda qrupda çıxış edən Rusiya və Slovakiya komandaları arasında oyun keçirilir.

Yarışların altıncı günündə “A” qrupunda Finlandiya-Türkiyə, Azərbaycan-Fransa, Serbiya-Polşa qarşılaşmaları oynanılacaq.

“B” qrupunun digər görüşündə isə İtaliya və Belçika milliləri üz-üzə gələcək.
_________

Rusiyalı voleybolçular ilk setdə slovakiyalı rəqiblərinə məğlub olsalar da, sonrakı setlərdə qələbə qazanıblar - 3:1 (24:26, 25:17, 25:18 və 25:20).