Velosiped idmanında fərdi yarış keçirilir - yenilənir

Velosiped idmanında fərdi yarış keçirilir -  yenilənir
456 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün birinci Avropa Oyunlarında velosiped idmanında fərdi yarış keçirilir.

Axşam.az-ın məlumatına görə, trasa Azərbaycan idmançıları Yelena Pavluxina və Elçin Əsədov da çıxacaq.

Əvvəlcə starta qızlar çıxdı. Birinci olaraq Rusiyadan Natalya Boyarskaya start götürdü. Onun ardınca 1,5 dəqiqə fərqlə digər idmançılar da start götürürlər. Ümumilikdə, starta 30 idmançı çıxacaq. Azərbaycan velosipedçisi Yelena Pavluxina 19-cu start götürür.

Hər idmançı 25 kilometr 800 metr məsafə qət etməlidir.
_____

Hollandiyalı idmançı Ellen Van Deyk 32 dəqiqə 26 saniyə nəticə ilə qadınlar arasında vaxt hesabı ilə fərdi veloyürüşün qalibi olub. İkinci nəticəni (33 dəqiqə 3 saniyə) Ukrayna təmsilçisi Janna Solovey göstərib. Hollandiyanın digər təmsilçisi Annemiyek van Vliten bürünc medal əldə edib (33 dəqiqə 33 saniyə). Azərbaycan velosipedçisi Yelena Pavluxina isə 33 dəqiqə 57 saniyə nəticə göstərərək altıncı yerdə qərarlaşıb.

Kişi velosipedçilər də bu gün starta çıxacaqlar.
_________

Birinci Avropa Oyunlarında kişilər arasında vaxt hesabı ilə şosedə fərdi yürüşlər start götürüb. Bu yarışda Azərbaycanı Elçin Əsədov təmsil edir.

Yürüşdə cəmi 40 velosipedçi iştirak edir.