Toliklə Günay güləş yarışlarında - fotolar

Toliklə Günay güləş yarışlarında -  fotolar
3081 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 17-də Avropa Oyunlarının sərbəst güləş yarışlarında idmançılarımız iki qızıl, bir bürünc medal qazanıblar.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında baş tutan yarışları izləyənlər arasında müğənni Günay İbrahimli və prodüser Tarix Əliyev (Tolik) də olub.

Tolik yarışlarla bağlı təəsüratlarını bölüşüb:

“Üç gündür idmançılarımızı izləməyə gedirəm. Bundan sonrakı oyunlara da biletlərim var. İdmançılarımıza dəstək olacağam. Dünən Günay da mənimlə birlikdə idi".

Qeyd edək ki, G.İbrahimli güləşlə bağlı himn oxuyub. O, Zamiq Hüseynovla duet şəklində səsləndirdiyi mahnıya klip də çəkdirib. İfaçı ekran işinin bu yaxınlarda təqdim olunacağını bildirib.

Foto: Ramin ASLANOV