Müğənni Röya Ayxan sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Axşam.az-ın məlumatına görə, şəkillərdəki sənətçinin əksi olan gəlinciklər diqqət çəkib.
R.Ayxanın prodüseri Kənan Bayramov fotoların müğənninin ad günündən olduğunu deyib:
“Röya üçün ad günü təşkil etmişdik. Həmin gəlinciklər isə mənim ona sürprizim idi”.
İfaçının ad günündə bəstəkar Nailə Mirməmmədli, əməkdar artist Abbas Bağırov, Zamiq Hüseynov, Sevda Yahyayeva, aparıcı Hacı Nuran, Nərgiz Məmmədova və başqaları yer alıb.
Qeyd edək ki, iyunun 14-də sənətçinin 33 yaşı tamam olub.