Cüdoçularımız mübarizəyə qoşulur - tam siyahı

Cüdoçularımız mübarizəyə qoşulur - tam siyahı
4614 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Bakı 2015"də cüdo yarışları başlayır. Səkkiz çəki dərəcəsində 47 ölkədən 230 kişi cüdoçu mübarizə aparacaq.

Axşam.az-ın məlumatına görə, kişilərin cüdo yarışları 25-27 iyun tarixində keçiriləcək. Heydər Əliyev Arenasında tamaşaçılar 47 ölkədən səkkiz çəki dərəcəsində 230 cüdoçunu görə biləcəklər.

Sabah 12:00-dan etibarən

2009-cu il Dünya Çempionatında bürünc, 2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki dərəcəsində mübarizə aparacaq.

Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyev kişilər arasında -60kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.

Gün 2 (Cümə günü, 26 iyun)

Kişilər, gözdən əlillər,  90 kq

Ukraynalı Oleksandr Pominov mayda keçirilmiş Dünya çempionatında yarımfinaladək irəliləyib. O, gözdən əlilli kişilərin cüdo yarışında favoritdir. Onun rəqibi  42 yaşlı təcrübəli paralimpiyaçı yunanıstanlı Teoklitos Papaçristosdur. Onu Koreyada yarımfinalda məğlub edib. Azərbaycan medal qazana bilər. Belə ki, yeddi rəqibin ikisi Azərbaycanı təmsil edir.

Gün 3 (Şənbə günü 27 iyun)

Kişilər 100 kq

Heydər Əliyev adına İdman Arenasında Azərbaycanlı cüdo azarkeşləri, şənbə günü yarışları səbirsizliklə gözləyirlər. Burada 2013-cü ilin Dünya çempionu azərbaycanlı Elxan Məmmədov və keçən ilin Avropa Çempionatının iştirakçısı Elmar Qasımov medallar uğrunda mübarizə aparacaq. Onlara tamaşaçıların dəstəyi lazımdır ki, Dünya və Avropa çempionu çexiyalı Lukas Krpaleki kimi idmançıları məğlub edə bilsinlər. E.Məmmədov bu idmançı ilə səkkizdəbir finalda qarşılaşa bilər.

Yeddi Avropa çempionu qadın cüdo idmançısından altısı bu yarışda iştirak edəcək.

25 iyun tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək Bakı 2015 Avropa Oyunları çərçivəsində cüdo yarışı üzrə 3 gün ərzində 173 qadın cüdoçu səkkiz qızıl medal uğrunda mübarizə aparacaq.

Bura 57 kq çəki dərəcəsində gözdən əlil olan cüdoçuların da titul uğrunda mübarizəsi daxildir. Bununla da cüdo Bakı 2015 çərçivəsində keçirilən Paraolimpiya idman növünə daxil olan yeganə idman növüdür.

2-ci gün (cümə, 26 iyun)

Qadınlar arasında gözdən əlillərin cüdo yarışı 57 kq

Səkkiz cüdoka bu kateqoriyada yarışacaq. Yerli ulduz Səbinə Abdullayeva dünyada 3-cü yerdədir. Onun ilk rəqibi dünyada 6 nömrəli sayılan ispaniyalı idmançı Maria Monika Merensiano Herrero olacaq.