Aktrisa Cennifer Lourens Nyu-York küçələrində fotoqraflar üçün "şou" göstərib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 24 yaşlı ulduz rəfiqəsi ilə yemək yedikdən sonra paparassilərin hədəfinə düşüb.
Aktrisa ağzına çubuğları qoyaraq fotokameralara poz verib. Onun bu əyləncəli halı ətrafdakı hər kəsi güldürüb.