Prezident və xanımı voleybolçularımızı izlədi - fotolar

Prezident və xanımı voleybolçularımızı izlədi - fotolar
2709 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları çərçivəsində qadın voleybolçuların mübarizəsi davam edir.

Axşam.az-ın məlumatına görə, iİyunun 25-də Azərbaycan yığması yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

Qarşılaşmanın birinci setində türklər qalib gəldilər: 25:21. İkinci setdə 25:23 hesabı ilə üstün olan yığmamızın üzvləri üçüncü setdə qələbəni Türkiyə voleybolçularına verdilər: 25:19. Dördüncü setdə yenidən 25:23 hesabı ilə qalib gələn voleybolçularımız taybrekdə 11:15 hesabı ilə məğlub oldular. Beləliklə, Azərbaycan millisi Avropa Oyunlarında qadın voleybolçuların yarışında üçüncü yer uğrunda mübarizə aparacaq.