Aparıcı Şəhriyyar Əbilov illərdir uzatdığı bığlarını kəsib.
Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qatılan aparıcı imicində dəyişiklik etmək istədiyini bildirib:
“Bığlarım çox uzanmışdı. İmicimi dəyişdirmək qərarına gəldim. Düşündüm ki, insanlar görünüşümdən yorulub. Bir az cavanlaşmaq vaxtıdır”.
Ş.Əbilov yuxusuzluqdan şikayətlənib:
“Gecələr yata bilmirəm. Əvvəlki həyat deyil. İndi sosial şəbəkə var. Gecə uzanırıq, yuxuya gedən kimi “WhatsApp”a nəsə yazırlar. Beləcə, səhərə kimi yatmaq imkanı qalmır. Adi həyat tərzim budur. Mənimlə ünsiyyət qurmaq istəyən insanlar var. Onların suallarını cavablandırmalıyam”.