Boksçularımızdan iki qızıl medal - fotolar

Boksçularımızdan iki qızıl medal - fotolar
4323 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarının on birinci günü yarımfinal görüşləri ilə start götürüb. Bu gün finala daha 4 boksçumuz vəsiqə qazanıb.

Axşam.az-ın məlumatına görə, bu gün iki boksçumuz gümüş, bir boksçumuz isə bürünc medal qazanıb. Sabah isə daha 4 boksçumuz qızıl medal üçün yarışacaq.

Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikardini məğlub edərək qızıl medalı qazanıb.

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayorun (64kq) da finalda rəqibi İtaliya boksçusu olub. O, Vinçenzo Manyakapre ilə oyundna qalib ayrılaraq ölkəmizə 17-ci qızıl medalı qazandırıb.

Final görüşlərini Prezident İlham Əliyev və ailəsi də izləyib.

________________

Avropa Oyunları çərçivəsində qadınların boks yarışlarında yüngül çəkidə (57-60 kq) Azərbaycanı təmsil edən Yana Alekseyevna finala gedən yolda dünyanın ən güclü qadın boksçusu irlandiyalı Keti Teylorla qarşılaşan təmsilçimiz çətin döyüş keçirib.

Başabaş keçən görüşdə hakimlər qələbəni Ketiyə veriblər - 1:2. Boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.

______________

Yüngül çəki (60 kq) dərəcəsində mübarizə aparan Albert Səlimov isə yarımfinalda irlandiyalı boksçu Sin Makkombla heç bir şans verməyib - 3:0.

Albert finalda fransız Sofian Omi ilə qarşılaşacaq. Görüş sabah saat 18:15-də keçiriləcək.

_____________

Yarım-orta çəki (69 kq) dərəcəsində Azərbaycanı təmsil edən Pərviz Bağırov yarımfinalda ingiltərəli Coş Kelli ilə qarşılaşıb.

Boksçumuz bütün raundlarda rəqibindən üstün olub - 3:0.

Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. Döyüş sabah saat 18:45-də baş tutacaq.

_____________

Kişilər arasında orta çəkidə (75 kq) mübarizə aparan Xaybula Musalov finala gedən yolda macarıstanlı boksçu Zoltan Harksa ilə döyüşdə idmançımız qalib olub - 2:1.

X.Musalov qızıl medal uğrunda irlandiyalı Maykl O'Reilli ilə qarşılaşacaq. Görüş sabah saat 19:15-ə planlaşdırılır.
____________

Ağır çəki (91 kq) dərəcəsində təmsil edən Abdulkadir Abdullayev isə yarımfinalda rusiyalı Sadam Maqomedovla üz-üzə gəlib.

İlk iki raundda daha baxımlı döyüşən boksçumuz sonda finala adlamağı bacara bilib - 3:0.

Beləliklə, sabah Azərbaycanın 4 boksçusu qızıl medal uğrunda sonuncu görüşünə çıxacaq.