Ella və Alis adlı iki qızı ilə birlikdə yaşayan fotoqraf Keyt Parker bir-birindən maraqlı işlərin müəllifidir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Strong is the New Pretty" (“Güclü artıq yeni gözəldir”) adlandırdığı işləri ilə sosial şəbəkənin fenomeninə çevrilən Keyt qızlarını obyektiv qarşısına keçirib. Təbiiliyə üstünlük verən fotoqraf övladlarının həyatını olduğu kimi, heç bir əlavələr etmədən lentə alıb.
Ağ-qara şəkillərdə Ella ilə Alisin baxışları xüsusi diqqət çəkir. Keyt bu fotolarla qızlarına gözəl görünmək üçün olduqları kimi davranmaq lazım gəldiyini söylədiyini bildirib.