Aktrisa Serenay Sarıkaya adı eşq dedi-qodularında hallanan aktyor Kərəm Bürsinlə “Mavi”nin yeni reklamı üçün Bodrumda obyektiv qarşısına keçib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, eyni oteldə qalan tanınmışlar çəkilişlər əsnasında bir-birlərinə yaxınlaşmamağa çalışıblar. Nahar fasiləsində Kərəm bir an olsun belə, telefonu əlindən yerə qoymayıb. Serenay isə qəhvəsini çəkiliş meydançasında içməyə üstünlük verib.
K.Bürsinlə S.Sarıkaya işləri qurtardıqdan sonra qaldıqları otelə yollanıblar.