Halit Ərgənç səhnədə “özündən getdi” – fotolar

Halit Ərgənç səhnədə “özündən getdi” – fotolar
4183 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi “Buena Visto Social Club” qrupu İstanbulda konsert verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecənin əsas sürprizi aktyor Halit Ərgənç tərəfindən edilib. Səhnəyə çıxıb qrupun solisti Omara Portuondo ilə birlikdə “Akdeniz akşamları” mahnısını səsləndirən aktyor ifaçıya sarıldıqdan sonra zarafatla yerə yıxılıb.

Bununla Omaranın səsinə vurğunluğunu ifadə edən Halit daha sonra ayağa qalxaraq sənətçinin digər mahnılarının sədaları altında rəqs edib.

Bütün bu anları H.Ərgənçin aktrisa həyat yoldaşı Bərgüzar Korel lentə alaraq İnstaqram səhifəsində yerləşdirib.