Səyavuş Aslanın ölümündən 2 il ötür

Səyavuş Aslanın ölümündən 2 il ötür
949 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, mərhum aktyor Səyavuş Aslanın ölümündən iki il ötür.

Axşam.az-ın məlumatına görə, 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya gəlib.

Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısıdır.

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol"dur.

Ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib.