Azərbaycan daha bir qızıl medal qazandı

Azərbaycan daha bir qızıl medal qazandı
943 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunlarının kişilər arasında boks yarışlarında Azərbaycanın aktivinə daha üç qızıl medal yazılıb.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın final qarşılaşmalarını izləyiblər.

"Baku Crystal Hall"da 60 kiloqram çəki dərəcəsində Azərbaycan boksçusu Albert Səlimov final qarşılaşmasına çıxıb. Bundan əvvəl yarımfinalda qalib gələrək Rio Olimpiadasına lisenziyanı təmin edən Albert Səlimov həlledici görüşdə Fransa təmsilçisi ilə qüvvəsini sınayıb. Gərgin keçən mübarizədə qalib gələn Albert Səlimov birinci Avropa Oyunlarının çempionu olub, öz uğurlu qələbəsi ilə ölkəmizin aktivinə daha bir qızıl medal yazdırıb.

Sonra mükafatlandırma mərasimi olub.

Qalib idmançılara medalları İlham Əliyev təqdim edib.

"Bakı-2015" ilk Avropa Oyunlarının çempionu Albert Səlimovun şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.