Türkiyəli aktrisa Nurgül Yeşilçay "All" dərgisinə müsahibə verib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Nurgül həm fotolar çəkdirib, həm də oğlundan, London planlarından, aktrisalıq fəaliyyətindən bəhs edib:
"Mən keçmişə və ya gələcəyə bağlı qalan insan deyiləm. Əlimdə olanların, xoşbəxtliyin qiymətini bilirəm. Hər şeyi vaxtında yaşamağı sevirəm. Aktrisalıq sehirli bir peşədir. Hansısa bir obraza girmədən əvvəl biz ona inanır, sevir, onunla yaşamağa başlayırıq. Oğlumla dost yox, anası kimi davranıram. Nejat yaşı çatdığı bütün qərarları özü verir. Yay istirahətimi də oğlumu düşünüb planlaşdırıram. Onun daha çox məkanlar görməsi, mədəniyyətlərlə tanış olması üçün Londona gedəcəyik".
Gözəllik sirrlərini bölüşən 39 yaşlı N.Yeşilçay sağlam qidalandığını bildirib:
"Pəhriz saxlamıram. Ürəyim nə istəyirsə, onu da qəbul edirəm. Təbii olmağı sevirəm. Adi həyatda makiyaj etmirəm. Hər səhər üzümü gül suyu ilə silirəm. Sevdiyim libasımı cırılana qədər geyinirəm".