Şahzadənin nəvəsinə qarşı hərəkəti tənqid olundu - fotolar

Şahzadənin nəvəsinə qarşı hərəkəti tənqid olundu - fotolar
5610 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi Karolina varislərinin tərbiyəsində çox sərt olduğu üçün qınanılıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, əfsanəvi Qreys Kellinin qızı olan Karolina Monte-Karlo keçirilən at yarışlarına tamaşa edərkən nəvəsi Rafaellə görüntülənib. Uşağın anası Şarlotta Kaziraqi meydançada olduğu üçün o, nənəsi isə qalıb.
 
Şahzadə birdən ağlamağa başlayan Rafaeli sakitləşdirmək üçün əli ilə onun ağzını tutub. Paparassilərin çəkdiyi bu görüntülər internetdə Karolinanın sərt tənqid olunmasına səbəb olub. Onlar bu kobud və zorakı hərəkətdən uşağın şok keçirə biləcəyini, tanınmış bir şəxsin belə hərəkətinin pis örnək ola biləcəyini əsas gətiriblər.

Şarlotta isə anasından uşağı alaraq onu sakitləşdirə bilib.