Donald Quld adlı bomj sosial şəbəkənin fenomeninə çevrilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 1998-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra narkotikə qurşanan Donald səfil həyatı sürməyə başlayıb. Azyaşlı uşağı sığınacaqlardan birinə təhvil verilən kişi həm evini, həm də işini itirib.
Lakin bu yaxınlarda həyata keçirilən sosial layihə çərçivəsində Florida küçələrindən birinə royal qoyulması onun həyatını dəyişib. İncəsənətə dəstək və canlı musiqini inkişaf etdirmək üçün atılan bu addım D.Quldu bütün dünyada tanıdıb.
Belə ki, royalda ifa etməyə başlayan bomj qeyri-adi bacarığı ilə çoxlarını təəccübləndirib. Donaldın görünüşünə aldanan insanlar bu istedadının üzə çıxmasından sonra ona olan münasibətlərini də dəyişiblər.