Damlanın “Bu bahar”ına klip çəkildi - fotolar

Damlanın “Bu bahar”ına klip çəkildi -  fotolar
5152 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Damla söz və musiqisi Tural Bayraməliyevə məxsus olan “Bu bahar” mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, Nail Naiboğlunun ekranlaşdırdığı klipin çəkilişləri Cəlilabad və Mingəçevirdə aparılıb. Yaradıcı heyət iki gün davam edən çəkiliş üçün Kür çayının kənarını seçiblər. Yaxın günlərdə klipin təqdimatı baş tutacaq.

Ekran işində Damla müxtəlif imiclərdə təqdim edilib. Müğənninin vizaj və stili üzərində Anar Məmmədov çalışıb. Klipi isə operator Delee lentə alıb.

Qeyd edək ki, bir müddət öncə təqdim edilən mahnı artıq xeyli sayda dinləyici qazanıb.