“Muğam” teatrının direktoru, rejissor Arif Qazıyev 75 yaşını qeyd edib.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarının birində baş tutan ad günü mərasiminə incəsənət aləminin məşhur simaları qatılıb.
Xoş anların yaşandığı gecədə xalq artisti Arif Babayev, Əlibaba Məmmədov, Teymur Əmi, əməkdar artist Aybəniz Haşımova, Mətanət İsgəndərli, Lalə Məmmədova, müğənni Xatirə, Nadir Qafarzadə, İlqar Muradov və başqaları iştirak edib.
Qonaqlar Arif Qazıyevə ürək sözlərini dəhlizdə qoyulan kitabçaya yazıblar.
Foto: Rəşad ABBASOV