Türk futbolçu Arda Turan 5 illik müqavilə bağladığı "Barselona" ilə sözləşməni imzalamaq üçün İspaniyaya gedib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hava limanından birbaşa klubun binasına gələn futbolçu fotokameralar qarşısına keçib.
Ardanın "Nou Kamp"dakı ilk məşqi də azərkeşlərə açıq olacaq.