"Nənələr" qrupunun üzvü vəfat edib

"Nənələr" qrupunun üzvü vəfat edib
2850 dəfə oxunub
  • A-
  • A
  • A+

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.

Axşam.az-ın APA-nın cənub bürosuna istinadən məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında  xidmətləri olub.