Hollivudun məşhur aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Alzheymer xəstələyindən əziyyət çəkirmiş.
“Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və sair filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə "Kasbu qayası" filmində iştirak edib.
Əsl adı Mişel Demitri Şalhub olan aktyor 1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində katolik ailəsində anadan olub. O, 50-ci illərdə İslam dinini qəbul edərək adını dəyişir və ardınca misirli aktrisa Faten Hamama ilə evlənib.
Bir dəfə "Oskar" mükafatına namizəd olub, iki dəfə isə "Qızıl Qlobus"u qazanıb.