Futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemın qızı Harperin 4 yaşı tamam olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Devid İnstaqramda qızı ilə olan ağ-qara fotosunu paylaşaraq yazıb:
"Bu Harperlə olan ən çox sevdiyim şəklimdir. Dünyanın ən mükəmməl qızı ilə 4 il... Doğum günün mübarək, böyük qız!"
Xatırladaq ki, futbolçu bu yaxınlarda qızının istəyinə görə bədəninə cizgi film qəhrəmanı "minion"ların tatusunu etdirmişdi.