Dünyanın gözlədiyi toy baş tutdu - fotolar

Dünyanın gözlədiyi toy baş tutdu - fotolar
10317 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən məşhur ailələrindən olan Hiltonlar və Rotşildlər qohum olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni və aktrisa Peris Hiltonun bacısı Niki ilə Rotşild ailəsinin oğlu Ceyms ailə qurub.

Toyqabağı partidə ailələrə yaxın adamlar iştirak ediblər. Qonaqlar arasında ABŞ-ın keçmiş prezidenti Bill Klintonun qızı Çelsi də olub.

Toy İngiltərə şahzadəsi Diananın yaşadığı, hazırda isə Kembric Hersoginyası Keyt Middlton və Şahzadə Uilyamın yaşadığı Kensiqton Sarayında baş tutub.

Niki Hilton toyuna 50 min funt sterlinqlik (təxminən 80 min manat) gəlin libası geyinib. Gəlinliyin uzun ətəylərinin "Bentley" markalı avtomobilin təkərlərinə dolaşması günün həyəcanlı anı olub.
 
Nikinin yanında anası Keti, bacısı Peris və atası Riçard Hilton olub.