Müğənni və aktrisa Cennifer Lopez Nyu-Yorkda “Mavinin çalarları” (“Shades of Blue”) serialının çəkilişləri zamanı klameralara tuş gəlib.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, 45 yaşlı sənətçi zərifliyi ilə göz oxşayıb. Qara şalvar, ağ köynək geyinən Cennifer saçlarını buruq edib.
Cey Lo sadə makiyaja üstünlük verib. Çəkilişlər zamanı Lopez istilərə dözə bilməyərək çətir istəyib.