"Bakı 2015"in medalçıları üçün avtoqraf sessiyası keçirilib - fotolar

"Bakı 2015"in medalçıları üçün avtoqraf sessiyası keçirilib -  fotolar
3632 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarının sevənləri ilə görüşü keçirilib.

Axşam.az-ın məlumatına görə, “Park Bulvar” ticarət mərkəzində təşkil olunan tədbirdə idmançılarımız sakinlər və şəhərimizin qonaqları ilə görüşüblər.

Görüşdə birinci Avropa Oyunlarının çempionları boksçu Teymur Məmmədov, paralimpiyaçı cüdoçu İlham Zəkiyev, karateçilər Firdovsi Fərzəliyev, Ayxan Mamayev, “Bakı-2015”-in bürünc mükafatçıları Tayfur Əliyev, Patimat Abakarova, İlahə Qasımova, Niyazi Əliyev və Azərbaycan karate millisinin baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov iştirak ediblər. Onlar avtoqraf paylayıb, gələnlərlə şəkillər çəkdiriblər.

Foto: Ramin ASLANOV