Serial ulduzunun qızı dünyaya gəldi

Serial ulduzunun qızı dünyaya gəldi
2505 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" ("Game of Thrones") serialının "Sersi Lanister"i ana olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa Lena Hidi sevənlərinə qızının dünyaya gəldiyi barədə xəbər verib. Bu haqda o, Tvitterdə yazıb:

"Hər şey mükəmməldir. İkinci dəfə qarşılıqsız və ilahi sevgiylə əhatə olunmuşam".

Qeyd edək ki, məşhur aktrisanın hamiləliyi haqda xəbər fevral ayında məlum olmuşdu. Uşağın atası isə Lenanın serialdakı partnyorlarından olan aktyor Pedro Paskaldır. Buna qədər 41 yaşlı aktrisanın keçmiş sevgilisi, musiqiçi Piter Louqrendən 5 yaşlı oğlu vardı.