"İşte Benim Stilim" dəb yarışmasının aparıcısı Öykü Serter bir jurnala verdiyi müsahibədə TV8-in rəhbəri, televiziyaçı Acun İlicalı haqda səmimi açıqlamalar verib.
Axşam.az-ın Türkiyə mediasına istindən məlumatına görə, tətildə olan Öykü Acunla illər əvvəldən tanış olduğunu deyib:
"Onunla daha öncə bir yerdə veriliş apardıq. Televiziyanın hər bir mərhələsində çox zəhmət çəkib, üstəlik bu əməyinin qarşılığında bir telekanalın rəhbəri ola bilib. Qibtə ediləcək bir uğur hekayəsi var. İllər əvvəl "Show TV"-də mən "5T5" verilişini apararkən montaj otağında Acunla həmişə mübahisəmiz düşürdü. (gülür) Təbii ki, sonda mənim verilişimin montajı gözləməli olurdu".
Ö.Serter evlilik haqda fikirlərini də bölüşüb:
"Evlilik bir institut kimidir. Bir imzanın əsiri olan nə qədər bədbəxt insan tanıyıram. Mənim qismətim deyil hələ... İdeal axtarmıram, sadəcə həyatıma kimisə rahatlıqla qəbul etmirəm. Uşaq sahibi olmaq isə böyük məsuliyyətdir. Bəlkə də, qorxuram. İndiki halımdan məmnunam. Yəqin zamanı gəlməyib".