Kamera qarşısına ilk dəfə “Çocuklar duymasın” serialı ilə çıxan gənc aktrisa Ece Çeşmioğlunu indiki görünüşü ilə tanımaq mümkün deyil.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, daha çox “İki ailə”də canlandırdığı Ceren obrazı ilə tanınan aktrisa yeni imicini yaşının artması ilə əlaqələndirib:
“Heç bir plastik əməliyyat etdirməmişəm. Ehtiyacım olduğunu da düşünmürəm. Zaman dəyişdikcə mən də dəyişirəm, böyüyürəm. Aktyor sənətində dəyişməz olaraq qalmaq ən böyük səhvdir. Oynadığım rollarda fərqli görünmək məni xoşbəxt edir”.