ATV-nin aparıcısı Zümrüd Bədəlova ötən gün həmkarı Vüsalə Əlizadənin ad günündə fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, ailə qurduqdan sonra xaricə köçən və efirdən uzaqlaşan Zümrüd yenidən sözügedən kanalda çalışmağa başlayıb.
O, bir ildir rejissor kimi fəaliyyətə başladığını bildirib:
“Yeni layihələrim var. Payızdan etibarən aparıcı kimi də efirə çıxacam”.
Qeyd edək ki, Z.Bədəlova “Bizim səhər”, “ATV Maqazin”, “Bakı payızı” kimi verilişlərin aparıcısı olub.
Foto: Nəriman İSMAYILOV