Devid Bekhemden qızına xüsusi qayğı - fotolar

Devid Bekhemden qızına xüsusi qayğı  - fotolar
4132 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş futbolçu Devid Bekhem ötən həftə 4 yaşını qeyd edən qızı Harper, oğulları Bruklin, Romeo və Kruzla hava limanında görüntülənib.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, hər zaman qızına olan xüsusi diqqəti ilə seçilən Devid bu dəfə də əsas qayğını ona göstərib. Belə ki, Bekhem Harperin əlini bir an olsun belə buraxmayıb. Balaca qızcığaz bu dəfə də dəbli geyimi ilə diqqət çəkib.

Göy şalvarda olan Harperin geyimi kənarları eyni parça ilə dizayn edilmiş şlyapa ilə tamamlanıb.

Qeyd edək ki, Devid Bekhemin yanında həyat yoldaşı Viktoriya Bekhem olmayıb.