"Nə istəyirəmsə, edirəm" - Hüsniyyə

"Nə istəyirəmsə, edirəm" -  Hüsniyyə
2946 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yalnız hisslərə inanıram. Bunu bilərəkdən etmirəm. Çox istəyərəm ki, ağılla davranım. Amma önəmli hadisə olanda ağlım gedir, hisslərə qapılıram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Yeri gəlmişkən” verilişinə açıqlamasında aparıcı Hüsniyyə Məhərrəmova deyib. O, hər zaman hissləri ilə addım atdığını bildirib:

“Fikirləşməyi sevmirəm. Nəyi istəyirəmsə, həmin an edəcəm. Vacib deyil düşünüm. Onsuz planlaşdırdığım arxada qalır. Çox asan yaşayan insanam. Nəyisə götür-qoy etmək məndə yoxdu. Hələ ki, ürəyim mənə pis heç nə deməyib. Onla atdığım addımlar düz olub”.

Foto: Ramin ASLANOV